Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin iştirakı ilə reallaşacaq.
Konsertdən əldə edilən vəsait “YAŞAT” Fonduna köçürüləcək.