Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsinin növbəti tədbiri xanəndə Cabbar Qaryağdıoğluna həsr olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.
Yeni formatda təqdim olunan layihədə BMM-nin solistlərinin ifasında Cabbar Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrələri təqdim olunacaq.
Tədbir martın 16-da keçiriləcək.