- Mədəniyyət

İstanbulda Qara Qarayevin Birinci simfoniyasının tarixi premyerası keçirilib

İstanbulun böyük konsert salonlarından olan Cemal Reşit Rey konsert zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1943-cü ildə yazdığı və İkinci Dünya müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunan Birinci simfoniyanın Türkiyədə premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, Cemal Reşit Rey konsert salonunun simfonik orkestrinin ifasında təqdim olunan əsər dinləyicilər tərəfindən çox böyük maraqla rarşılanıb. Simfoniyanın ifasından sonra dirijor Əyyub Quliyev Qara Qarayevin “Yeddi gözəl” baletindən nümunələri proqramdan əlavə olaraq dinləyicilərə təqdim edib. Konsertin ikinci bölümündə dirijor Əyyub Quliyev dünya şöhrətli ispan gitara ifaçısı Marko Soçiasla bərabər Xoakin Rodriqonun gitara və orkestr üçün musiqilərini dinləyicilərə təqdim edib.