Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı tamaşalardan sayılan “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyası mayın 29-da nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, qocaman teatrın bu tamaşasına Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva çıxış edəcəklər.