İctimai Televiziya M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar “Səbirli adam. Mirzə Ələkbər Sabir” adlı yeni bədii-sənədli film hazırlayıb.
Filmin yaradıcıları M.Ə.Sabirin keçməkeşli həyatına işıq salır, əsərlərinin məhv olunmaqdan necə xilas edildiyini xüsusi qabardırlar.
Filmin ssenari müəllifi Müsəllim Həsənov AZƏRTAC-ın müxbirinə deyib: “Məsələ burasındadır ki, şairin vəfatından sonra onun düşmənləri əsərlərini məhv etmək planı qururlar. Lakin şairin qızı bu təhlükəni duyaraq, Sabirn əsas şeirlərini üzə çıxarmır və bununla da “Hophopnamə” xilas olunur. Bütün bu hadisələr filmdə aktyor oyunu ilə təqdim edilir, Sabirin həyat və yaradıcılığının bir sıra gizli məqamları barədə söhbət açılır”.
Film ilk dəfə şairin doğum günündə – mayın 30-da İctimai Televiziya ilə nümayiş olunacaq.