- Manşet, Mədəniyyət

Bu gün Mikayıl Müşfiqin anadan olduğu gündür

Bu gün Mikayıl Müşfiqin  (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə5 iyun 1908Bakı – 6 yanvar 1938Bakı) görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 114 il ötür.

Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.