Qasım bəy ZAKİR
Ey Kövhəri-pakizeyi-dəryayi-lətafət,
Vey kani-həqayiq!
Övsafü sifatın məni-məddahə nə hacət,
Aləm sənə aşiq.
Şkkər ləbinə Kuhkən ər dursa müqabil,
Şirini olur təlx.
Ruyin görə, haşa ana ta ruzi-qiyamət,
Əzrasını Vamiq.
İyzəd ki, çəkib yer üzünə pərdeyi-ətləs,
Bivəch deyil bu;
Tutmuş sana, ey mehrü məhi-bürci-səadət,
Gərduni süradiq,
Ləli-ləbinə badeyi-gülgun desə hər kəs,
Vur boynunu dərdəm,
Qan eyləyənin qətlinə əhkami-şəriət,
Yeksanü müvafiq.
Fərq etməyə sübhün kişi ta sidq ilə kizbin,
Vacib dögi səcdə,
Vacibdir əyilsin sana hər dəm səri-taət,
Nə kizb, nə sadiq?
Ol günbədi-dəvvarə yetir kəlləmi, ey mah!
Sal şayəni başə.
Yəni elə bu bəndəyə inamü inayət,
Bir türfə yaxalıq.
Bəsdir bir işarə, dəxi küstaxlıq etmə,
Ey Zakiri-tmma;
Bir kimsəyə bir kimsə edən vəqt şəffəqqət
Öz adına layiq.