- Ədəbiyyat

Hәr sәhәr bad әsәr, arizi-cananә dәyәr

Molla Vəli VİDADİ

Hәr sәhәr bad әsәr, arizi-cananә dәyәr,
Toxunar sәrvә gәhi, gah gülüstanә dәyәr.

Şәm gәr yansa, sәvadi-şәb üçün heyf olmaz,
Şölәsi çünki onun arizi-cananә dәyәr.

Olmasa qabil әgәr dәhr, cәfa vermәz ona,
Tәm bilәzzәt olanda necә dәndanә dәyәr.

Söhbәti-nakәsü namәrd hәmin söhbәt imiş,
Tut ki, bir mәrd әtәyin dövlәti-xaqanә dәyәr.

Mәn ki, meydani-bәla içrә sәrim top edәrәm,
Ta düşәr әldәn-әlә axırı çovganә dәyәr.

Nә qәdәr olsa qoca gәrçi Vidadi xәstә,
Yenә Vaqif kimi, әlbәttә, yüz oğlanә dәyәr.