- Mədəniyyət

“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb

“Tazəbəy hamamı”nın fasadına qanunsuz müdaxilə faktı araşdırılaraq qarşısı alınıb.

Bu barədə AZƏRTAC-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Fasada bərkidilən fiqurlar sökülüb. Dövlət Xidmətinin müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən anlayış nümayiş edilib. Xüsusi mülkiyyətçinin etirazı olmadan fiqurların sökülməsi təmin edilib.

Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq.

Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmasa da, qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”, – deyə qurumun məlumatında bildirilir.