- Mədəniyyət

“Universal” studiyası üç milyard dollar gəlir əldə edib

“Universal” kino şirkəti 2022-ci ildə inanılmaz uğura imza atıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, studiyanın film layihələrinin qlobal kassa gəlirləri 2022-ci ilin ilk yeddi ayında 3 milyard dolları ötüb və cari il ərzində Hollivud şirkəti olaraq bunu edən ilk studiya “Universal” olub.

Qeyd edək ki, bu uğur iki əsas layihə əsasında həyata keçirilib. “Yura dövrünün dünyası: Hökmranlıq” filmi dünya üzrə 976 milyon dollar gəlir gətirərək bir milyard dollara çatıb. Çoxdan gözlənilən “Minyonlar 2” filmi isə 790 milyon dollar qazanıb. Beləliklə, təkcə bu iki layihə “Universal” şirkətinin kassa gəlirlərinin yarıdan çoxunu təşkil edir.