- Mədəniyyət

Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi dövlət səviyyəsində qeyd ediləcək

Prezident İlham Əliyev oktyabrın 3-də Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 iliyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planını Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlayıb həyata keçirəcək.