- Mədəniyyət

Aktivistlər bu dəfə Van Qoqun əsərini hədəfə alıblar

Van Qoqun tablosu da iqlim fəallarının etirazından öz payını alıb. Etirazçılar Londonda Milli Qalereyada nümayiş etdirilən Vinsent Van Qoqun “Günəbaxanlar” tablosunun üzərinə pomidor şorbası atıblar.

525.az bu barədə İngiltərə mediasına əsasən xəbər verir ki, sosial media İngiltərənin paytaxtı Londondan olan görüntüdən danışır. Aksiyada iştirak edən aktivistlərdən birinin “Sənət, yoxsa həyat daha dəyərli?” deyə qışqırması eşidilib. Həmin anlar saniyə-saniyə lentə alınarkən, video sosial şəbəkələrdə yayılıb.

“Just Stop Oil” ekoloji təşkilatının bu hərəkətindən sonra səlahiyyətlilər rəsmin nümayiş olunduğu otağı boşaldıblar.