Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.