- Mədəniyyət

Sumqayıtda iki mağara aşkar edilib

“Stansiya Sumqayıt” deyilən ərazidə yeni mağaralar aşkar edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, kəşfiyyat axtarış işləri Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.