- Mədəniyyət

Xalq artisti Mələkxanım Eyubovanın yaradıcılıq gecəsi keçiriləcək

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutunun və Xan Şuşinski Fondunun birgə iştirakı ilə Xalq artisti, professor Mələkxanım Eyubovanın yaradıcılıq gecəsi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə tanınmış mədəniyyət və elm xadimləri iştirak edəcəklər.

Təntənəli gecədə incəsənət ustaları Xalq artistin repertuarından mahnılar ifa edəcək.