Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin V sinif şagirdi, istedadlı skripkaçı, beynəlxalq mükafatlar laureatı Fərid Ziyalı bu dəfə Portuqaliyada keçirilən “Lisbon Stars” I Beynəlxalq musiqi və incəsənət müsabiqəsində çıxış edərək birinci yerə layiq görülüb.
Fərid müsabiqəyə İ.S.Bax-Ş.Qunonun “Ave Maria” əsəri ilə qatılıb. Fəridin müəllimi Nigar Babayevanın, konsertmeyster Xədicə Balakişiyevanın zəhməti və musiqiyə sonsuz məhəbbəti sayəsində istedadlı ifaçı Azərbaycana yeni mükafat qazandırıb.