- Cəmiyyət

ABŞ-ın İndiana ştatı “TikTok”u qadağan edib

ABŞ-ın İndiana ştatı Çin texnoloji şirkətinə məxsus “TikTok” sosial şəbəkə platformasını rəsmi servisdə istifadə edilən cihazlarda qadağan edib.

525.az xəbər verir ki, İndiana Texnologiya Departamentinin sözçüsü Qreq Lubsen sözügedən qadağanı mətbuata açıqlayıb. Lubsen dövlət sistemlərinin daim yoxlanıldığını və dövlətə məxsus cihazlarda “TikTok”un bloklandığını bildirib. Ştatının baş prokurorluğu da dekabrın 7-də istifadəçiləri qeyri-adekvat məzmun və istifadəçi məlumatlarının təhlükəsizlik problemləri ilə bağlı çaşdırdığına görə platformanı məhkəməyə vermişdi. Digər tərəfdən ABŞ-da Nümayəndələr Palatası “TikTok” tətbiqinin üzvlərinin və işçilərinin rəsmi xidmətlər üçün istifadə etdiyi cihazlara yüklənməsini də qadağan edib.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kris Vrey “TikTok”a nəzarətin Çin hökumətinin əlində olduğunu bildirərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığı barədə xəbərdarlıq etmişdi.