Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında səhnələşdirilən eyniadlı monotamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edəcək.
Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.