- Cəmiyyət, Manşet

Britaniyanın müdafiə naziri: “Kiyevi 600 “Brimstone” raketi ilə təmin edəcəyik”

Böyük Britaniya Ukraynaya 600 “Brimstone” raketi göndərməyi planlaşdırır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Estoniyadakı Tapa hərbi bazasında deyib.

“Əməliyyatlar meydanına daha 600 “Brimstone” raketi göndərəcəyik ki, bu da Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə kömək üçün əhəmiyyətli olacaq”, – Uolles bildirib.