“ABŞ sakinlərinin əksəriyyəti Ağ Evin Ukraynaya davamlı dəstəyini hələ də bəyənir, lakin onların sayı getdikcə azalır”.
“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
“AP-NORC” sorğusuna əsasən, amerikalıların 48%-i Kiyevə maliyyə və hərbi yardıma müsbət yanaşır ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 12% azdır.
Respondentlərin 29%-i ABŞ-ın Ukraynaya dəstəyinin əleyhinədir, 22%-i isə bütövlükdə bu məsələyə laqeyd yanaşır. Konkret olaraq, dövlət vəsaitinin Kiyevə göndərilməsini amerikalıların 37%-i bəyənib, 38%-i əleyhinə çıxıb, 23%-i isə cavab qərarını verə bilməyib.
Bununla yanaşı, respondentlərin yalnız 19%-i Ukraynaya yardım məsələsində ABŞ prezidenti Cozef Baydenə tam etibar edir, amerikalıların 37%-i ümumilikdə Ağ Ev rəhbərinin siyasətinə arxayındır, respondentlərin 43%-i isə onun bu siyasəti ilə razılaşmır.