Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.
105 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.