“Təəssüf ki, erməni işğalının nəticələri dağıdıcıdır. İşğal dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər minlərlə abidədən 400-dən çoxunun məhv edildiyi müəyyənləşdirilib. Azərbaycana məxsus mədəni və dini əmlak talan edilib, dağıdılıb, dəyişdirilib və qanunsuz olaraq Ermənistana aparılıb. Bu, 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının açıq şəkildə pozulmasıdır”.
Bunu UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun İcra Şurasının 211-ci sessiyasında çıxışı zamanı söyləyib.
Səfir bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat, atəşin və Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərin tamamilə dayandırılması ilə nəticələnib və ərazilərimizin Ermənistan tərəfindən təxminən 30 illik işğalına son qoyulub.
azərtac