- Cəmiyyət, Manşet

Priqojin Minskdə olduğu deyilir

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Vorner “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin olduğu yer barədə danışıb.

“Report” xəbər verir ki, o bu barədə MSNBC telekanalında açıqlama verib.

Onun sözlərinə görə, o, Priqojinin artıq Minskdə olması barədə xəbərləri görüb:

“Əldə etdiyim məlumata görə, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı otellərin birində, pəncərəsi olmayan otaqda qalır”.