- Cəmiyyət

Fransadakı hadisələr İsveçrəyə də təsir edib, 7 nəfər həbs olunub

İsveçrənin Lozanna şəhərində 100-dən gənc etiraz aksiyası keçirib, həbs olunanlar var.

“Report” xəbər verir ki, bu barədə “Swissinfo” məlumat yayıb.

Asayişi qorumaq üçün əlliyə yaxın polis cəlb edilib.

Həbs edilən 7 nəfərdən 6-ı azyaşlı, 5-i isə xarici vətəndaşdır.

Lozannanın hüquq-mühafizə orqanları etirazlarla bağlı araşdırmaya başlayıb.