7, 77, 777, 7777…Bu rəqəmlər xalq düşüncəsinə görə müqəddəs rəqəmlərdir. “Göyün 7 qatı, insanın 7 qatı, bir söz deyərəm 7 qatından keçər, 7 oğul istərəm, bircə dənə qız, gəlin, deyimlərinin kökü də məhz buradan qaynaqlanır. Buraya dünyanın 7 möcüzəsi, 7 rəng, 7 not, bayatılarımlzda hecaların sayınln 7 olması, 7 başlı əjdaha, 7 qardaş ilan, Nizaminin “Yeddi gözəl” poemasını və onlarca 7 rəqəmi ilə bağlı digər bədii və sənət əsərlərinin də adlarını əlavə etməklə 7 ilə bağlı siyahını istənilən qədər uzatmaq olar. Qədimdə 7 – uşaqlıığın sonu, 77 – qocalığın başlanğıcı sayılırdı. “7-dən 77-yə ifadəsi” də “uşaqdan böyüyə” anlamını verir. Əvvəllər uşaqlar 7 yaşında məktəbə gedirdilər. Bu da 7 ilə bağlı rəqəmlərin Mələklərlə bağlılığına inancdan irəli gəlirdi. 7 nömrəli numerologiya mənəvi şüurun və müdrikliyin sayı hesab olunur və intuisiya, universal bilik, mənəviyyat, mistisizm və daxili müdrikliklə əlaqələndirilirdi. Hesab edilirdi ki, bu keyfiyyətlər riyaziyyat və elm kimi akademik sahələrdə üstün olmağa kömək edir.
Numerologiyada 7 həqiqət axtaran, düşünən və daim axtarışda olandır. 7 heç nəyi göründüyü kimi qəbul etmir və həmişə gizli həqiqəti anlamağa çalışır.
7 nömrəli numerologiya yaradıcılıq, həssaslıq və intuisiya sayıdır. Bu rəqəm iman, inanc, ilham və dözümlülüyün birləşmiş enerjisini təmsil edir.
77 sayı həyatda doğru yolda olanlara aiddir. 77-də artıq həyatda doğru addımlar atması mənası var. 77-nin mənəvi mənası var.
77 -nin arxasındakı mənəvi mesaj böyümə, irəliləmə və inkişafdır. Demək, bu yaşda Kainatla əlaqəni qurmağa diqqət etməyin,
öz daxili aləminizə diqqət edin, onun səsinə qulaq asın. Onunla əlaqə qurun, bir bağ yaradın. Kim olduğunuz bu yaşda tam bəlli olur. Siz şüurlu bir varlıqsınız, öünü təsdiq etmiş, özünüz və dünya haqqında məlumatlısınız. 77 mənəvi oyanışın başlanğıcıdır. Kainatın enerjisi ətrafınızda sərbəst axsın və mahiyyətinizin təcəssümü olsun. Ürəyinizi açıq saxlayın və işıqlanacaqsınız. Öz həqiqətinizlə yaşayın və işığı görəcəksiniz. Ruhunuz İlahi ilə bağlı olmaq istəyir. 77 nömrəsi, bu addımı atmağınızı söyləyir.
777 rəqəmi çox xüsusi bir rəqəmdir. 777 rəqəmi nə deməkdir? 777 rəqəmi öz mənalarını kollektiv şüur, mənəvi oyanış və maarifçilik, mistisizm və intuisiya ilə rezonans doğuran yüksək mənəvi nömrə olan 7 nömrəli mələkdən alır. Bu rəqəm adətən insanın həyatında mühüm mənəvi transformasiya anlarında görünür.
777 rəqəmini görmək şanslı olduğunuz deməkdir.
777 nömrəli mələk, gücü üç dəfə artıran 7 rəqəminin enerjisini və titrəyişlərini daşıyır. 777 nömrəli mələyin bəzi ümumi mənaları bunlardır: mənəvi maarifləndirmə.
Bu mənim 77 nömrəli mələyimdir, yəni qəyyum nömrəsi 777 mənəvi maariflənməni axtarmağınızı bildirən bir mesajdır. Mələklər şəxsi böyümə və inkişafınız üzərində çalışaraq bütün maneələri aşmağınızı və maariflənmənizi istəyir.
Unutmayın, özünüdərk maariflənməyə doğru ilk addım məhz 7 yaşdan başlayır və qəbir evinə, yəni sonsuzluğadək davam edir. “Beşikdən qəbrədək oxumağ”ın mənası məhz budur.
Mələklər sizi mənəviyyatınızın yeni sahələrini tədqiq etmək barədə düşünməyə təşviq edirlər, çünki onlar sizə fərdi olaraq böyüməyə və təkamül etməyə, eləcə də ətrafınızdakı insanlara xidmət etməyə imkan verəcəkdir.
Həyatın qoruyucu mələkləri bəzən o qədər yüksəklərə uçurlar ki, gözümüzün qabağından kənarda olurlar, amma həmişə bizə yuxarıdan aşağı baxırlar.
Əgər 777 rəqəmini görməyə davam edirsinizsə, bu, ruhani səviyyədə inkişaf etdiyiniz və buna görə də mənəvi şüurunuzu yaşadığınızı bildirir.
777 rəqəmi intuisiya, daxili bilik və müdrikliklə səsləşir.
777 nömrəli mələklərlə qarşılaşmaq Kainatın sizin üçün nə demək olduğunu sizə göstərməyə hazır olduğuna işarədir. Kainat zərifliklə sizi şəxsi inkişafınıza uyğun olana doğru istiqamətləndirir.
7777 isə çoxluq, sonsuzluq işarəsidir. Koroğlunun 7777 dəlisi ifadəsi də kökünü məhz burdan alıb.
7, 77, 777, 7777 rəqəmlırinin bir-biri ilə əlaqəsindən bəhs edən yazını
ümumiləşdirərək bu qənaətə gəlirəm ki, bu rəqəmlər məhz təhsil, maariflənmə ilə əlaqədardır. 7-dən 7777-yə , yəni sonsuzluğa qədər gedən fasiləsiz təhsil yolu, beşikdən qəbrədək oxumaqır.