Pakistan Xarici İşlər Nazirliyi Tövrat və İncilin yandırılmasına icazə verdiyinə görə İsveç hakimiyyətini tənqid edib.
“Report” xəbər verir ki, nazirliyin bəyanatında deyilir.
Pakistan XİN qeyd edib ki, söz və fikir azadlığı pərdəsi altında dini nifrət yaradan təhqiramiz əməllərə bəraət qazandırmaq olmaz.
Qeyd edək ki, iyunun 28-də – Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında təxribat məqsədilə “Qurani-Kərim” yandırılıb. İsveçdə dəfələrlə müqəddəs kitablara qarşı bu kimi hallar yaşanır və etirazlara baxmayaraq İsveç polisi buna biganə qalır.