ABŞ maraqlarını və regionda naviqasiya təhlükəsizliyini qorumaq üçün F-35 və F-16 qırıcıları ilə birlikdə “USS Thomas Hubner” təyyarədaşıyan gəmisini Hörmüz boğazına göndərəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Hörmüz boğazında son vaxtlar baş vermiş insidentlərə cavab olaraq, müdafiə naziri “USS Thomas Hubner” təyyarədaşıyan gəmisi, F-35 və F-16 qırıcılarının ABŞ Mərkəzi Komandanlığının ərazisinə yerləşdirilməsinə göstəriş verib.
Sinq əlavə edib ki, Hörmüz boğazında və ona bitişik sularda vəziyyətə nəzarət etmək imkanını genişləndirmək niyyətindədir.
Bundan əvvəl İranın dəniz qüvvələrinin Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etməsi və Oman sahilləri yaxınlığında beynəlxalq sularda onlardan birinə atəş açması barədə məlumatlar yayılıb.