Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib.
“Report” xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb.
Dövlət başçısının digər sərəncamları ilə Yavuz Külə Paraqvaya, Yunus Dəmirər Fransaya, Nüket Küçükel Ezberçi İspaniyaya, Muhammet Mücahit Küçükyılmaz Əlcəzairə səfir göndərilib.
Nevzat Uyanık isə Türkiyənin Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Misir bir müddət əvvəl Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edib.
Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.