Yaponiyada yaşı 100-dən çox olan uzunömürlülərin sayı ilk dəfə 92 mini ötüb.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi Yaşlı vətəndaşlara təşəkkür günü ilə bağlı açıqlamada bildirib.
Məlumata görə, bu gün sentyabrın 18-də qeyd edilir.
Bildirilib ki, sentyabrın 15-nə olan məlumata əsasən, Yaponiyada yaşı 100-dən çox 92 139 vətəndaş yaşayır. Məlumata görə, ölkədə onların sayı son 50 ildə çoxalmaqdadır. Bu il onların sayı 1500 nəfər çoxalıb. Nazirlik vurğulayıb ki, bu il 47 107 nəfər 100 illik yubileyini qeyd edəcək.
1963-cü ildə Yaponiyada yaşlı sakinlərin sosial təminatı haqqında qanun qəbul edilib. Onda ölkədə yaşı 100-dən çox olanların sayı 153 nəfər olub. 1981-ci ildə onların sayı 1 000 nəfərə, 1998-ci ildə 10 minə, 2012-ci ildə isə 50 minə çatıb. Başqa ölkələrdə olduğu kimi, Yaponiyada da qadınlar kişilərdən uzunömürlüdür. Burada qadınlar üçün orta ömür uzunluğu 87, kişilər üçün isə 81 yaşdan çoxdur. 107 yaşlı Fusa Tasumi Yaponiyanın ən yaşlı vətəndaşıdır. O, 1907-ci il aprelin 25-də anadan olub. Qohumları bildiriblər ki, o, adi həyat yaşayıb. Onların sözləri