- Cəmiyyət

Ukrayna ordusu: Rusiyanın 70 hərbçisi zərərsizləşdirilib

Ukrayna müdafiəçiləri Tavriya istiqamətində Rusiya ordusunun 70 hərbçisini zərərsizləşdirib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və sursatını da sıradan çıxarıb.

Onun sözlərinə görə, gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 atəş açıb, 1 raket və 17 hava zərbəsi endirib. Eyni zamanda, bu istiqamətdə Ukrayna artilleriya bölmələri gün ərzində 1 116 atəş missiyasını yerinə yetirib.

Son gün ərzində Rusiya ordusunun 154 hərbçisi yaralanıb. Bundan əlavə, bir hərbçi Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.