Azərbaycanda kiçik nominallı metal pul nişanlarına (1, 3 və 5 qəpiklik) tələb hələ də var və bu il bu tələbdə 6 %-ə qədər artım müşahidə olunur.
Bu barədə “Report”un sorğusuna cavab olaraq 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi ilə bağlı Azərbaycan Mərkəzi Bankından bildirilib.
“Tədavüldə kiçik nominallı, o cümlədən 5 qəpiklik pul nişanlarına tələb əsasən onlardan hələ də qiymətlərin formalaşmasında və pərakəndə ticarətdə geniş istifadə olunması ilə bağlıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq və ölkənin qanunvericiliyindən irəli gələn hallarda mərkəzi banklar pul nişanlarının dizaynında və mühafizə elementlərində yenilənmələr həyata keçirir.
Yenilənmiş 5 qəpiklik pul nişanının dizaynına 2021-2022-ci illərdə yenilənməsi həyata keçirilmiş 10, 20 və 50 qəpiklərə uyğun olaraq Dövlət Gerbinin və istehsal ilinin təsviri əlavə edilib. Bu da müvafiq qanunvericilikdə həyata keçirilmiş dəyişikliklərlə əlaqədardır”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, sonuncu dəfə ötən il iyulun 27-də A