- Mədəniyyət

Monenin indiyədək sərgilənməmiş rəsm əsəri 65 milyon dollara satıla bilər

“Christie’s” Beynəlxalq Evi noyabr ayında Nyu-Yorkda müasir incəsənət hərracı keçirəcək. Hərracda Klod Monenin indiyədək sərgilənməmiş tablosu satılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Le bassin aux nympheas” (“Su zanbaqları ilə gölməçə”) adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır. Rəsmin təxmini dəyəri ən azı 65 milyon dollardır.

Su zanbaqları Monetin (1840-1926) rəsmlərindəki məşhur mövzulardan biridir.