- Cəmiyyət

KİV: ABŞ və Aİ İsraildən Qəzza zolağında yerüstü əməliyyatı təxirə salmağı tələb edib

ABŞ və Avropa İttifaqı Qətərin iştirakı ilə aparılan girovların azad edilməsi ilə bağlı HƏMAS ilə gizli danışıqlara vaxt qazanmaq üçün İsraildən Qəzza zolağında yerüstü əməliyyatı təxirə salmağı tələb edib.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, radikal hərəkatla danışıqlar uğursuz nəticələnə bilər. Bununla belə, HƏMAS-ın İsraildən fələstinli məhbusların azad olunmasını tələb etmədən oktyabrın 7-də girov götürdüyü mülki şəxslərin ən azı bir hissəsini azad etməyə razılaşacağına dair bəzi işarələr var.