- Cəmiyyət, Manşet

FADMM Azərbaycan dili dərsliklərindəki problemlər və onların həlli yolları mövzusunda ilk seminar keçirib

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin  (FADMM) təşkilatçılığı ilə bu gün çoxdan gözlənilən gözəl bir layihəyə başladıq. Təhsil İnstitutunda şöbə müdiri Könül xanım Aydının “Azərbaycan dili dərsliklərində mətn üzrə elmi-nəzəri məsələlər: problemlər və həlli” mövzusunda təqdimatı baş tutdu.

İlk seminar Avrasiya Universitetinin işıqlı kitabxanasında oldu.

Seminarda orta məktəb müəllimləri və dilçilər iştirak edirdilər.

Aşağıdakı mövzular üzrə müzakirələr aparıldı:

  1. Mətnin mövzu və problemi anlayışlarını fərqləndirmək;
  2. Mətnin mövzusu, problemi və ideyasını müəyyənləşdirmək;
  3. Mətni tərkib hissələrinə ayırmaq;
  4. Abzasların növlərini fərqləndirmək və mətndəki abzasları dəyərləndirmək və s..

Bu mövzularla yanaşı yazı işləri üzrə də müxtəlif məsələlərin müzakirəsinə vaxt ayrılmışdı. İştirakçıların arzu etdikləri mövzular da nəzərdən keçirildi, suallar cavablandırılıdı. Növbəti seminarlar üçün təkliflər səsləndirildi.

Seminar vörkşop formatında hazırlanmışdı. Tam səmimi bir mühitdə keçdi.

Seminardan sonra tam səmimi bir şəraitdə Elmira Cəfərqızının ilk kitabının çap olunması ilə əlaqədar kiçik bir təqdimat da keçirildi.

FADMM-in təşəbbüsünü dəstəklədiyi və dərsliklər mövzusunda silsilə seminarlar təşkil olunmasına razılığını verən Könül xanıma, hər cür texniki avadanlıqla təchiz olunmuş geniş və işıqlı otaqda bu seminarın keçirilməsi üçün bizə şərait yaratdığına görə Sima xanım Cəfərovaya da dərin təşəkkür edirik.

Bu cür seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. İştirak etmək istəyənlərə növbəti seminarın vaxtını öyrənmək üçün feysbuk səhifəmizi – Filolloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – izləməyi tövsiyə edirik.

Aygün ƏZİZ