- Mədəniyyət

“Nağıllar aləmində” yenidən Şuşa Teatrının səhnəsində

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi noyabrın 11-də “Nağıllar aləmində” adlı tamaşa ilə yenidən uşaqların görüşünə gələcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Səhnə əsəri rəngarəng musiqi nömrələri ilə zəngindir.