- Mədəniyyət

YUĞ Teatrı qastrol səfərinə hazırlaşır

Noyabrın 25-dən dekabrın 3-dək Türkiyədə Mersin Beynəlxalq Teatr Festivalında keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət YUĞ Teatrı təmsil edəcək.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, sənət ocağı festivalında məşhur Norveç dramaturqu Henrik İbsenin əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış “Vəsvəsə” tamaşasını nümayiş etdirəcək.

Dramatik aksiya janrlı “Vəsvəsə” tamaşasında aktyorlar Amid Qasımov, Mətanət Abbas, Vüqar Hacıyev, Elgün Həmidov və Ləman Mərrih rol alıb.