İsrail və HƏMAS qruplaşması tezliklə razılığa gələcək və girovları 50-50 formatında dəyişdirəcəklər.
525.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
“İsrail həbsxanalarında 50 məhbus qadın və uşaq müqabilində HƏMAS tərəfindən 50 israilli mülki girov azad edilməsi müqabilində humanitar atəşkəs və əlavə yardımın çatdırılması haqqında tezliklə razılıq əldə olunacaq”, – xəbərdə deyilir.
Bu razılaşmanın ABŞ-nin iştirakı ilə mümkün olacağı xüsusi vurğulanır. Məlumata görə, Amerika tərəfi kompromis əldə etmək üçün İsrailə təzyiq edib.
Qeyd edək ki, HƏMAS daha əvvəl azı 50 girovu azad etmək üçün razılığa gəlib. Girovların əvəzində İsrail hərbi əməliyyatların 3-5 gün müddətində dayandırılmasına, həmçinin Qəzzaya humanitar yardımın artırılmasına və İsrail həbsxanalarında saxlanılan naməlum sayda fələstinli qadın və uşaqların azad edilməsinə razılıq verəcək.