ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yanvarın 18-də Marsa səfər edən “Ingenuity” pilotsuz helikopteri ilə əlaqəsi itib.
“Report”un məlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.
“Yanvarın 18-də NASA-nın “Ingenuity” Mars helikopteri qırmızı planetdə 72-ci uçuşunu həyata keçirib. Planlaşdırılan eniş zamanı helikopterlə əlaqə yerə enməzdən öncə, vaxtından əvvəl kəsilib”, – NASA bildirib.
Qeyd edilir ki, uçuş əvvəlki proses nəticəsində planlaşdırılmamış enişdən sonra helikopterin sistemlərinin qısamüddətli yoxlanılması kimi planlaşdırılıb. Məlumata görə, pilotsuz qurğu 12 m hündürlüyə qalxa bilib. NASA hazırda mövcud məlumatları təhlil edir və “İngenuity” ilə əlaqəni bərpa etmək üçün mümkün addımları nəzərdən keçirir.
“Ingenuity” NASA-nın 2021-ci ilin fevralında “Perseverance” ilə birlikdə Marsa çatdırılan pilotsuz helikopteridir. Həmin ilin aprelində helikopter öz mühərrikindən istifadə edərək planetdə ilk uçuşunu edib.