Beynəlxalq astronomlar qrupu Süd Yolunda məlum olan ən ağır neytron ulduzlarından daha ağır və eyni zamanda bütün məlum qara dəliklərdən daha yüngül olan sirli obyekt aşkar ediblər.
“Report”un məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan məqalədə deyilir.
“MeerKAT” radioteleskopunun köməyi ilə aparılan müşahidələr zamanı “NGC 1851” kürə qrupunda Yerdən təxminən 40 min işıq ili məsafəsində yerləşən sürətlə fırlanan obyekt aşkar edilib.
Astronomların fikrincə, obyektin sonrakı tədqiqi və onun növlərinin aydınlaşdırılması neytron ulduzlarının və ya qara dəliklərin təkamülünü başa düşməkdə dönüş nöqtəsi ola bilər.