ABŞ ordusu və müttəfiqləri Qırmızı dənizdə “Ənsar Allah” hərəkatına (husilər) məxsus 15 pilotsuz uçuş aparatını (PUA) vurub.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Husilər Qırmızı dəniz və Ədən körfəzində genişmiqyaslı PUA hücumu həyata keçiriblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və qırıcıları, 15 PUA-nı vurub”, – məlumatda bildirilib.
Qeyd edilib ki, PUA-lar bölgədəki ticarət gəmiləri, ABŞ HDQ-i və koalisiya gəmiləri üçün təhlükə yaradıb.