Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyann Ryazan vilayətindəki neft emalı zavodunu vurub.
“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov məlumat verib.
Qeyd olunub ki, hücumdan sonra zavodda yanğın başlayıb.
“İlkin məlumata görə, qurban var”, – qubernator bildirib.
Bundan başqa, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Voronej vilayətinə də 30 PUA ilə hücum ediblər. Qurbernator Aleksandr Qusev bildirib ki, infrastruktura və mənzillərə cüzi ziyan dəyib, itki yoxdur.
Həmçinin, son sutkada Ukrayna PUA-larla Rusiyanın Leninqrad vilayətindəki neft emalı zavoduna da hücum cəhdi edib.
Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb. Bundan başqa, Bryansk və Kursk vilayətlərinə də hücum olub.