Rejissorlar Məsud Pəhahinin “Narqız” və Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” qısametrajlı animasiya filmləri istehsalata buraxılıb.
AZƏRTAC xəbər verir ki, ekran əsərləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə çəkiləcək.
Filmlər 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.
Xatırladaq ki, ötən ilin iyulun 18-də Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan edib. Noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdə 3 animasiya layihəsi iştirak edib: “44 gün”, “Narqız” və “Kapitan və Xəzər dənizi”. Noyabrın 11-də müsabiqənin nəticələri elan olunub. “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya, “Narqız” qısametrajlı animasiya film layihələri müsabiqədə qalib olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib. Eyni zamanda, müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılıb.