“ABŞ əmindir ki, Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır”.
“Report”un məlumatına görə, bu açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxış edib.

“ABŞ hesab edir ki, Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır. Biz prezident Putinin açıq şəkildə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyətində olmadığını söylədiyini eşitmişik. Lakin belə olsaydı, Rusiya qətnaməyə veto qoymazdı”, – deyə Sallivan bildirib.