ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməmək tapşırılıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
“ABŞ səfirliyinə andiçmə mərasimində iştirak etməməyi tapşırıb. Bildiyiniz kimi, bu addım Rusiyanın Ukraynaya təcavüzünə etiraz əlaməti olaraq atılıb”, – deyə o bildirib.
Qeyd edək ki, mayın 7-də Vladimir Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Yeni səlahiyyət müddəti 2030-cu ilə qədər davam edəcək. Hökumət inauqurasiyadan sonra avtomatik olaraq istefa verib.