- Cəmiyyət, Manşet

Bölgələrə güclü yağış yağıb

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 88 mm, Oğuzda 65 mm, Balakəndə 61 mm, Zaqatalada 46 mm, Göyçayda 44 mm, Şəkidə 31 mm, Lənkəranda 28 mm, Astarada 25 mm, İsmayıllı, Qaxda 21 mm, Zərdabda 18 mm, Kürdəmirdə 17 mm, Şahbuzda 13 mm, Quba, Gədəbəydə 12 mm, Qrız, Qusar, Beyləqan, Ağdamda 10 mm, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9 mm, Şahdağ, Naftalan, Daşkəsəndə 8 mm, Tərtər, Bərdə, Xaltan, Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir, Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl, Culfa, Tovuz, Ağstafa, Biləsuvar, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.