İngiltərə Premyer Liqasının XXXVII turunda “Mançester Siti” London təmsilçisi “Tottenhem”dən güclü olub.
“Report”un məlumatına görə, Böyük Britaniyanın paytaxtında, “Tottenhem Hotspur” stadionunda baş tutan görüş Xosep Qvardiolanın komandasının inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Bu qələbədən sonra “şəhərlilər” 88 xalla ən yaxın izləyicisi London “Arsenal”ını 2 xal qabaqlamaqla turnir cədvəlinə başçılıq edir. “Tottenhem” 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.
Son turda “Mançester Siti” Londonun “Vest Hem” komandası ilə qarşılaşacaq. Oyun mayın 19-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.