- Cəmiyyət

AMEA-nın 80 illik yubileyi qeyd olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olunacaq.

“Report” xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İclasda yubileyin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə komissiya yaradılıb və tədbirlər planı təsdiqlənib.