Rumıniya Ukraynaya Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi ilə təchiz edə bilər, amma müttəfiqləri bunun qarşılığında ölkəyə başqa bir şey göndərməlidir.
APA “Digi24”ə istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus İohannis bildirib.
Prezident qeyd edib ki, “Patriot”un göndrilməsi bir sıra logistik və hüquqi problemlərlə əlaqəli mürəkkəb prosesdir.