Bakıda “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
“Report”un məlumatına görə, tədbir mayın 30-u saat 15:00-da Milli Məclisdə baş tutacaq.
Konfransa Azərbaycanda səfərdə olan Fransız Polineziyası parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyəti də qatılacaq.
Eyni zamanda mayın 30-u saat 17:00-da parlamentdə qonaqların iştirakı ilə mətbuat konfransı da keçiriləcək.