- Mədəniyyət

Londonda avtobus dayanacağında tapılan tablo 25 milyon funt sterlinqə satıla bilər

Oğurlanan və yeddi il sonra Londonda avtobus dayanacağında tapılan Renessans dövrünə aid tablo hərraca çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Renessans dövrünün məşhur ustası Titian tərəfindən çəkilmiş “The Rest on the Flight into Egypt” adlı əsər 1809-cu ildə, sonra isə 1995-ci ildə yenidən oğurlanıb.

İyulun 2-də Londonun məşhur hərrac evi “Christie’s” tərəfindən satışa çıxarılacaq tablonun 15 milyon funt sterlinq ilə 25 milyon funt sterlinq arasında satılacağı gözlənilir.

Tablo 1995-ci ildə oğurlandıqdan sonra 2002-ci ildə Londonun cənub-qərbində bir avtobus dayanacağında o zamanın məşhur sənət detektivi Çarlz Hill tərəfindən çantada tapılıb.